Rusiya və Qazaxıstan arasında GƏRGİNLİK – Yeni qarşıdurma OLA BİLƏRbackend

Rusiya və Qazaxıstan arasında GƏRGİNLİK - Yeni qarşıdurma OLA BİLƏR

Qazaxıstan Rusiya kömürü olan 1700 vaqonun qarşısını kəsib.

KONKRET.az xəbər verir ki, bu barədə “We Can Explain” Telegram kanalı öz mənbələrinə istinadən yazıb. Rusiyanın atdığı addımlara Qazaxıstan kəskin cavab verib. Qazaxıstan Rusiya kömürü olan 1700 vaqonun hərəkətini bloklayıb.

Qeyd edək ki, Rusiya Qazaxıstandan Novorossiysk limanı vasitəsilə Avropaya ixrac edilən neftin daşınmasını dayandırıb.

Rəsmi səbəb liman ərazisində tapılan İkinci Dünya Müharibəsindən qalan minalar göstərilib. Minatəmizləmə işləri iyunun 20-nə planlaşdırılıb və ayın sonuna qədər davam edəcək.
Qeyri-rəsmi olaraq belə bir versiya var ki, ixracın dayandırılması Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin “DXR və LPR kvazi-dövlətləri” haqqında bəyanatlarından sonra baş verib.

Rusiya ilə Qazaxıstan arasında münasibətlər sürətlə pisləşir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*