Rusiya və Ukrayna arasında 27-ci dəfə əsir dəyişdirmə prosesi BAŞ TUTDUbackend

Rusiya və Ukrayna arasında 27-ci dəfə əsir dəyişdirmə prosesi BAŞ TUTDU

Rusiya və Ukrayna arasında 27-ci dəfə əsir dəyişdirmə prosesi baş tutub. 

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin xarici hərbi attaşelər üçün keçirdiyi brifinqdə məlumat verib.

Rusiya Müdafiə Nazirliyində xəstə və yaralı hərbi əsirlərin müayinəsi üçün daimi həkim komissiyası yaradılıb.

Rusiya və Ukrayna artıq hərbi əsirlərin və həlak olan hərbçilərin cəsədlərinin dəyişdirilməsi üzrə 27 əməliyyat keçirib.

“BQXK-nın iştirakı ilə həmçinin Kiyevlə hərbi əsirlərin və həlak olan hərbçilərin cəsədlərinin dəyişdirilməsi məsələsi ilə bağlı dialoq təşkil etmək mümkün olub. Bu günə kimi 27 belə əməliyyat keçirilib”, – deyə Fomin bildirib.

Fomin qeyd edib ki, ukraynalı əsgərlərin repatriasiyası da vaxtında həyata keçirilir. Komissiyanın qərarı ilə 18 nəfər Ukraynaya göndərilib.

Fomin xatırladıb ki, BMT və BQXK ilə birlikdə 2022-ci ilin aprelində “Azovstal” zavodundan mülki əhalinin təxliyəsi, o cümlədən ukraynalı hərbçilərin və millətçi birləşmələrin yaraqlılarının oradan çıxarılması üzrə əməliyyatlar uğurla həyata keçirilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*