Rusiyanın Yəhudi Muxtar Vilayəti Fələstin-İsrail münaqişəsinin hər iki tərəfindən qaçqınları qəbul etməyə hazır olduğunu açıqlayıb.
KONKRET.az xəəbr verir ki, bu barədə regionun rəhbəri Rostislav Qoldşteyn teleqram kanalında yazıb.
O, həmçnin əlavə edib:
“Hər kəsin həyatı bizim üçün vacibdir. Biz sülh yolu ilə gələnləri Yəhudi Muxtar Vilayətində qəbul etməyə hazırıq. Fələstin-İsrail münaqişəsinin hər iki tərəfindən olan qaçqınlar dəstək tədbirlərindən faydalana bilərlər. Yardıma ehtiyacı olan hər kəs Yəhudi Muxtar Bölgəsində sığınacaq tapa biləcək”, – deyə o vurğulayıb.
Qoldşteyn qeyd edib ki, Yəhudi Muxtar Bölgəsi çoxmillətli region kimi uzun illər ərzində öz ərazisində sülh və əmin-amanlığı qoruyub saxlamağa nail olub.
Burhan,
KONKRET.az
