Rusiyada düşərgədə 30-dan çox uşaq zəhərləndibackend

Rusiyada düşərgədə 30-dan çox uşaq zəhərləndi

Rusiya Federasiyasının Kalininqrad vilayətinin Svetloqorsk şəhərində yerləşən uşaq düşərgəsində 32 uşaq bağırsaq infeksiyasına yoluxub.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, “Rospotrebnadzor”un regional idarəsi faktla bağlı epidemioloji araşdırmaya və epidemiya əleyhinə tədbirlərin həyata keçirilməsinə başlayıb.

Məlumata görə, ümumilikdə 32 uşaqda zəhərlənmə əlamətləri qeydə alınıb, onlardan 5-i xəstəxanaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*