Rusiyada hava limanında insan kəlləsi olan bağlama TAPILDI – FOTObackend

Rusiyada hava limanında insan kəlləsi olan bağlama TAPILDI - FOTO

Vnukovo hava limanında insan kəlləsi olan bağlama tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Federal Gömrük Xidmətindən məlumat verilib.

İnsan kəlləsi gömrükçülər tərəfindən ABŞ-a göndərilən bağlamada tapılıb. Bağlamanın içindəkilər ABŞ-ın İllinoys ştatına gedirmiş.

O, Vnukovo logistika mərkəzində qutunu skan edərkən diqqət çəkib.

Mütəxəssislər kəllənin həqiqi olduğunu müəyyən ediblər. Qalıqlar götürülərək polisə təhvil verilib.

Məlumata görə, qalıqlar təxminən 10 il əvvəl vəfat etmiş bir insana məxsusdur. Paket isə iş adamı Tom Buban üçün nəzərdə tutulub.

“İş adamı Bubanın əvvəllər öz tikinti şirkəti var idi və o, eyni zamanda böyük bir bank şirkəti olan Capital One-da analitik işləyib”, – məlumatda deyilir.

 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*