Rusiyada şamanlar “xüsusi əməliyyat” iştirakçıları və Putin üçün MƏRASİM KEÇİRDİLƏR – VİDEObackend

Rusiyada şamanlar "xüsusi əməliyyat" iştirakçılarıPutin üçün MƏRASİM KEÇİRDİLƏR - VİDEO

Kuzbasın Şor şamanları “xüsusi əməliyyat” iştirakçılarının müdafiəsi üçün mərasim keçiriblər.

KONKRET.az xəbər verir ki, mərasim iyunun 10-da Tayenza çayı sahilində baş tutub. Şor şamanları himayədar ruhları “Ukrayna ərazilərini azad etmək missiyasını yerinə yetirən” rus hərbçilərinin müdafiəsinə qalxmağa, insanları nasist şərinin təsirindən qorumağa çağırıblar.

Şaman İqor İdemeşev Rusiya hərbçilərinin təcili qələbəsi ilə bağlı onun müraciətini təbiət və ruhların eşitdiyini bildirib.

“Bu gün təbiət mərasim boyu bizi dinlədi. Bir dənə də olsun bulud görünmədi. Düşünürəm ki, bugünkü mərasim xüsusi idi. Siz hətta quşların belə cıvıldamağı dayandırdığını gördünüz”, – İdemeşev vurğulayıb.

Bundan əlavə, şamanlar himayədar ruhları Rusiya Prezidenti Vladimir Putinə cansağlığı, güc və uzunömürlülük, eləcə də ölkənin iqtisadi yüksəlişi və gücü üçün xeyir-dua verməyə çağırıblar.

Həmin kadrları təqdim edirik:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*