Rusiyada məktəblilərə məktəbi bitirdikdən dərhal sonra hərbi müqavilələr bağlamağa və cəbhəyə getməyə icazə verilib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Duması “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda çağırışçılarla bağlı bəndlərə dəyişiklik edilib.
Mövcud qanun Müdafiə Nazirliyinin hərbi xidmətə çağırılan hərbçiyə müqavilə bağlamağı təklif etmək hüququna malik olduğu normanı istisna edir.
Yeni qanunla çağırışçılar dərhal cəbhəyə gedə biləcəklər.
Eyni zamanda, Putinin “qismən səfərbərlik” haqqında fərmanına əsasən, səfərbərlik dövründə müqavilələr faktiki olaraq qeyri-məhdud olur.
Xuraman Etibarlı,
KONKRET.az
