Rusiyada oktyabrın 26-da vətəndaşlıq haqqında yeni qanun qüvvəyə minib.
KONKRET.az xəbər verir ki, bu, bəzi şəxslər üçün ölkə pasportu əldə etmək imkanını asanlaşdırır.
Müvafiq qanun layihəsi 2021-ci il dekabrın 29-da Rusiya prezidenti Vladimir Putin tərəfindən Dövlət Dumasına təqdim edilib. Yeni qanuna görə, Rusiya vətəndaşlığı, onun əldə edilməsi üçün əsaslardan asılı olmayaraq, vahid və bərabərdir. Ruslar vətəndaşlıqdan və ya onu dəyişdirmək hüququndan məhrum edilə bilməz. Xaricdə yaşamaq vətəndaşlığa xitam vermir.
Bundan əlavə, Rusiya vətəndaşı xaricə çıxarıla və ya xarici dövlətə təhvil verilə bilməz. Qanun sosial, irqi, milli, dil və ya dini mənsubiyyətinə görə ayrı-seçkiliyi qadağan edir.
Ariz Həsənoğlu,
KONKRET.az
