“Rusiyadakı israillilərin təhlükəsizliyi təmin edilməlidir” – Millerbackend

"Rusiyadakı israillilərin təhlükəsizliyi təmin edilməlidir” - Miller

ABŞ Dağıstanda baş verən son hadisələri pisləyib.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

“Biz Rusiya hakimiyyətini bu zorakı hərəkətləri açıq şəkildə pisləməyə, bütün iştirakçıları məsuliyyətə cəlb etməyə, Rusiyadakı israillilərin və yəhudilərin təhlükəsizliyini təmin etməyə çağırırıq”, – Miller deyib.

Qeyd edək ki, bazar günü yüzlərlə insan Mahaçqala hava limanına basqın edərək İsrail təyyarəsinin gəlməsinə etiraz edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*