Rusiya Qara dənizdə sabitliyin yollarını tapmaq və Kiyevə təsir göstərmək üçün Türkiyə ilə əməkdaşlığa hazırdır.
KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Qara dəniz bölgəsini sabitləşdirmək və Kiyevə təsir göstərmək üçün optimal yolların tapılması maraqları naminə Ankara ilə sıx əməkdaşlıq etməyə hazır olduğumuzu təsdiqləyirik”, – o bildirib.
