Fransa polisi “Alfa Group”un ortaq sahibi Aleksey Kuzmiçevi saxlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Le Monde” qəzeti yazıb.
Bildirilib ki, bazar ertəsi səhər saatlarında Kuzmiçevin Parisin mərkəzindəki evində və Sen-Tropedəki villasında axtarışlar aparılıb.
Saxlanmanın səbəbləri barədə məlumat verilmir.
2022-ci ildə Rusiyanın Forbes jurnalı Kuzmiçevi ölkənin milyarderləri siyahısında 20-ci yerə layiq görüb.
Burhan,
KONKRET.az
