Rusiyaya hücum edən 45 PUA vuruldubackend

Rusiyaya hücum edən 45 PUA vuruldu

Ötən gecə Rusiyada Ukraynaya məxsus 45 pilotsuz uçuş aparatı vurulub.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, hava hücumundan müdafiə sistemləri Rusiyanın bölgələri üzərində Ukraynaya məxsus 45 pilotsuz uçuş aparatını məhv edib. Onlardan 27-si Kursk, 16-sı Belqorod, 1-i Rostov, 1-i isə Lipetsk vilayəti ərazisi üzərində vurulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*