Rusiyaya qayıdan şəxslərlə bağlı VACİB QƏRARbackend

Rusiyaya qayıdan şəxslərlə bağlı VACİB QƏRAR

Rusiyaya qayıdan şəxslərin mobil interneti və SMS xidməti bir sutkalıq dayandırılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri yazıb.

Nəşrin telekommunikasiya bazarındakı mənbələrə istinadən verdiyi məlumata görə, yaxın vaxtlarda Rusiyada yeni qayda tətbiq olunacaq.

Əgər abunəçi beynəlxalq rouminqdən qayıdıbsa və ya SIM kartdan 72 saatdan çox istifadə etməyibsə, onun üçün 24 saatlıq bloklanma müddəti nəzərdə tutulacaq.

Bu müddət ərzində istifadəçilərə mobil internet və SMS xidmətləri əlçatan olmayacaq.

Bloklanma müddətini qısaltmaq üçün abunəçiyə təsdiqləmə təklif olunacaq — SMS-dəki keçidə daxil olaraq “captcha” kodunu yazmaqla bağlantı bərpa ediləcək.

Nəşr mənbələrinin fikrincə, bu tədbir pilotsuz aparat hücumlarında istifadə oluna biləcək “sahibsiz” SIM kartlarla mübarizəyə yönəlib.

Natiq Səlim
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*