İrəvan hər fürsətdə Rusiyadan “qırılmağa” çalışır.
KONKRET.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın Metsamordakı AES-in yenidən qurulmasında Rosatomun xidmətlərindən imtina etməyi planlaşdırır.
ABŞ-ın Nüvə Tənzimləmə Komissiyası ilə saziş artıq təsdiqlənib və bu komissiya Ermənistanda yeni AES-in lisenziyalaşdırılmasına, kadr hazırlığına, təhlükəsizliyin qiymətləndirilməsinə və stansiya layihəsinin digər əsas elementlərinə nəzarət edəcək.
Ermənistan Rusiyadan sürətlə uzaqlaşır. Sonradan isə Rusiyanın müttəfiqlik öhdəliklərini yerinə yetirməməsi barədə yüksək səslə dünyaya car çəkəcəklər.
Xuraman Etibarlı,
KONKRET.az
