Azərbaycanda bələdiyyə seçkilərində 31,45 faiz seçici iştirak edibbackend

Azərbaycanda bələdiyyə seçkilərində 31,45 faiz seçici iştirak edib

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı seçici fəallığını açıqlayıb.

KONKRET.az-ın məlumatına görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 19:00-a qədər respublika üzrə 1 874 810 nəfərin səs verdiyini bildirib.

Onun sözlərinə görə, seçici fəallığı 31,45 faiz olub.

Qeyd edək ki, səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

***

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 17:00-a olan seçici fəallığını açıqlayıb.

KONKRET.az-ın məlumatına görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov həmin müddətə qədər respublika üzrə 1 milyon 715 min 291 nəfərin səs verdiyini bildirib.

Onun sözlərinə görə, seçici fəallığı 28,77 faiz olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*