Sabah çoxdan gözlədiyimiz bir hadisə baş verəcək – ŞƏRHbackend

Sabah çoxdan gözlədiyimiz bir hadisə baş verəcək - ŞƏRH

Sabah Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinləri Moskvada görüşəcək. Görüşdə 11 yanvar bəyanatında irəli sürülən kommunikasiyaların blokdan çıxarılmasının ilkin şərtləri müzakirə ediləcək. Bu görüş təkcə 3 iştirakçı ölkələdə deyil, eləcə də regionun digər dövlətləri tərəfindən də diqqət mərkəzində saxlanılır.

Çünki bölgənin perspektiv inkişafı bu və digər şəkildə 11 yanvar bəyanatında irəli sürülən tezislərin icrasından asılıdır. Amma nə yazıq ki, Ermənistan tərəfi hər vasitə ilə 11 yanvar bəyanatının, eləcə də 10 noyabr 2020-ci il sülh anlaşmasının tələblərini pozmaq istəyir. Bəli, məhz istəyir. Çünki əngəl olmaq üçün heç nə edə bilmir. Və Ermənistan tula kimi qısıla-qısıla Rusiyanın yanında durmaq məcburiyyətindədir. Amma İrəvandakılar tulalığından da qalmır, hürürlər.

Dünən Ermənistanın Baş nazirinin müavini, sabahkı görüşdə iştirak edəcək Mqer Qriqoryan erməni mətbuatına açıqlamasında sarsaqlayıb ki, “Biz kommunikasiyanın blokdan çıxarılmasını istəyirik. Lakin yüklərin Azərbaycan üzərindən təhlükəsiz daşınmasına qarantımız yoxdur”.

Bununla paralel hakim partiyanın təmsilçiləri də, müxalif ermənilər də kommunikasıyanın blokdan çıxarılması məsələsinə isti yanaşmır. Onların fikrincə, kommunikasiyanın bərpası Azərbaycana daha çox iqtisadi və siyasi dividendlər verəcək. Və dividendlərdən bəhrələnən Bakı hər zaman İrəvanla təzyiq dilində danışacaq. Üstəlik, 11 yanvar bəyanatının icrası Qarabağ məsələsində ermənilər üçün açıq qalan sualları gündəlikdən çıxarır və geri dönüşü olmayan bir labirintə soxur. Bu isə ermənilərin Qarabağın status məsələsinin yenidən gündəmə gəlməsinə olan son ümidlərini də dəfn edir.

Təsadüfi deyil ki, yanvarın 27-də “Politik.am”a müsahibəsində Ermənistanın ikinci prezidenti, separatçıların lideri Robert Koçaryan etiraf edib ki, “Ermənistan Qarabağın status məsələsini unutmalı olacaq”.

Məlum olduğu kimi, Koçaryanın Moskva ilə isti münasibətləri var. Hətta onun Vladimir Putinlə dost olduğunu da söyləyirlər. Və belə bir adam Kremlin mətbəxində nə hazırlandığını çox yaxşı bilir. Ona görə də Koçaryanın bu etirafı ermənilərin üstünə soyuq su kimi ələndi. Bunun üçün də Ermənistan hakimiyyəti üçtərəfli görüşə hambalın biyara getdiyi kimi gedir. Amma getmək məcburiyyətindədir. Çünki Ermənistan artıq müstəqil dövlət deyil, Rusiyanın bir protektoratıdır. Bu fikir də Robert Koçaryana məxsusdur.

Göründüyü kimi, Ermənistan odu yandırıb, kül ilə oynayır. Başqa bir addım atmağa da taqəti yoxdur. Çünki pandemiya və 44 günlük müharibə Ermənistanın onsuz da borc içində boğulan iqtisadiyyatını tamamilə məhv etdi. Ermənistanın silahlı qüvvələrinin maddi-texniki bazası əsasən dağıdıldı. Xalq arasında dərin ruh düşkünlüyü yarandı. Belə bir vəziyyətdə bütün ermənilər son ümid yeri kimi Rusiyaya baxırlar. Moskva isə Ermənistanın başına kəmsik salıb tula kimi yanında gəzdirir. Ermənistan tula sifətində olsa da, arada cəsarət edib hürür. Bax, rəsmi Moskvaya da ermənilərin arada-bərədə hürməsi lazımdır. Çünki Rusiyaya da lazımdır ki, Azərbaycana göstərsin, mesaj versin ki, “baxın ha, tulanın ipi mənim əlimdədir. Buraxsam, sizi tutar”.

  • Təbii ki, rəsmi Bakı da “erməniyə dayı de…” prinsipi ilə hərəkət edir. Və 10 noyabrdan sonra Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, “Biz tərəf kimi yalnız Rusiyanı tanıyırıq”. İrəvanla birbaşa dialoq hər zaman istisna edilib. Əslində Azərbaycanın bu cür mövqeyi Rusiyanın siyasi-iqtisadi maraqlarına tamamən uyur. Çünki Moskva bu hesabla İrəvanı cənginə alır və Avropaya gözdağı verir.

Doğrudur, ermənilər pişik kimi kürəklərini yerə vurmurlar. Hələ heç nəyin bitmədiyini söyləyirlər. Amma boş söhbətdir. Bakılılar demiş, “qədeş, hər şey burda bitdi”.  Ermənistanın ayağa durması, dövlət olması qaldı qiyamətə. Buna nə ermənilərin gücü var, nə də ki Rusiya buna imkan verər. Baxmayaraq ki, ermənilərin qəfil hürüşü Bakıda isti kreslolarda mürgüləyən bəzi soydaşlarımızı bəzən diksindirir.

Məsələn, Aqil Abbas dünən deyib ki, ermənilər Üçüncü Qarabağ müharibəsinə hazırlaşır. Hörmətli Aqil müəllimdən soruşuram: “Nəynən, a, “Cəbrayıl”, nəynən?!” Ümumiyyətlə, bir fikri deyəndə insanın hansısa əsaslandırması olmalıdır. Aqil Abbas isə heç bir əsaslandırma aparmadan uşaq-muşağın ağzına söz verir.

Birincisi, Ermənistanın müharibəyə başlaması üçün heç bir hərbi-iqtisadi gücü yoxdur.

İkincisi, Rusiya son 30 ildə əlinə düşmüş bu fürsəti əldən verməyəcək. Çünki İrəvan Moskvaya güclü Ermənistan kimi yox, tula sifətində bir əyalət kimi lazımdır. Şükürlər olsun ki, Azərbaycan da Ermənistanı istədiyi formada məcməyiyə qoyub Rusiyanın qarşısına çıxartdı.

Üçüncüsü, müharibənin başlamasından ən çox qorxan Ermənistan iqtidarı və müxalifəti, hə, bir də erməni diasporudur. Çünki növbəti həmlədə Azərbaycan ən azı Zəngəzuru geri qaytaracaq. Bunu ermənilər çox yaxşı bilir, lakin nə yazıq ki, bizim Bakıda oturan bəzi hər zadı biləndərlərimiz bunu bilmir.

Bu yerdə müharibə başlayacağından ehtiyatlanan “siyasətçilərimizə” tarixi bir faktı xatırladım. 1994-cü ilin yazında ümummilli lider Heydər Əliyevin komandanlığı altında Azərbaycan Ordusu Beyləqan-Füzuli istiqamətində əks-hücuma keçdi. Düşmən qüvvələri bir qədər geri otuzduruldu və atəşkəs imzalandı. O zaman çoxları bu atəşkəsə ağız büzdü, müharibənin davam etməsini istədi. Lakin Heydər Əliyev müdrikliyi qəti və doğru qərar vermişdi. Çünki AXC-Müsavat cütlüyünün səriştəsiz hakimiyyəti dövründə Azərbaycan xalqı mənən sınmış, ordunun döyüş ruhu sönmüş və büdcə tamamilə boşaldılmışdı. 3 illik müharibə müddətində Azərbaycan 25 minə yaxın insan itirmişdi. Üstəlik, Rusiya bütün vasitələrlə Ermənistana dəstək verirdi. O zamankı müharibədə Azərbaycan əslində ermənilərə yox, Rusiyaya uduzdu. Başqaları bilməsə də, bunu Aqil Abbas çox gözəl bilir. Ona görə heç bir narahatlığa əsas yoxdur.

O ki qaldı ermənilərin müharibə çağırışlarına, onun da səbəbini deyim: Əgər sən hansısa erməni “vətənpərvəri”nə izah etməyə çalışsan ki, xalqın ambisiyaları ilə ölkənin imkanları uyğun gəlmir və bu vəziyyətdə müharibəyə başlamaq mümkün deyil, o zaman qarşındakı erməni cavab olaraq Qaregin Njdedən sitat gətirəcək ki, “qələbəni ruhuna taxan insan hər zaman qalib gəlir”. Erməni faşistləri hər zaman məğlubiyyətə düçar olacaqlarını bilirlər. Amma dediklərindən əl çəkmirlər. Çünki onların ruhu zəhərlənib, gözlərini düşmənçilik toru tutub. Onlar özlərini dünyanın ən ali irqi sayırlar. Və ali irq olduqları üçün dünya ağalığı iddiasına düşüblər. Onlar bu yolda özlərinə türk dünyasını ən böyük əngəl görürlər. Allah eləməsin, ermənilər türk səddini aşsalar, növbəti düşmən hesab edəcəkləri xalqlar ruslar, ingilislər, almanlar və digər böyük xalqlar olacaq.

  • Njde fəlsəfəsinə görə, ermənilər müqəddəs savaşda çoxlu sayda məğlubiyyətə düçar olacaqlar. Ancaq bu, erməniləri ruhdan salmalı deyil. Onlar hər məğlubiyyətdən sonra daha güclü şəkildə ayağa qalxacaqlarına səfehcəsinə inanırlar. Çünki Njdeyə görə, dünya ağası olmaq heç kimə qurbansız və itkisiz verilmir. Onu yalnız on minlərlə insanın ölümü bahasına əldə edə bilərsən. Ona görə də Ermənistanda müharibə çağırışları edənlər, ay Aqil müəllim, Njdenin mifik ideologiyasına inananlardır. Qüdrətli və böyük dövlət nağıllara inanmaqla yox, reallıqları dəyərləndirərək, sağlam baxışlarla və iqtisadi dayaqlar üzərində qurulur. Nə isə…

Sabah Moskvada 3 ölkənin Baş nazirlərinin müavinləri bir araya gələcək. Azərbaycan tərəfi bu görüşə daha iddialı və qalib ovqatla gedir. Ermənistan tərəfi isə tula kimi qorxa-qorxa, qısıla-qısıla gedir. Ona görə də sabah qəbul ediləcək istənilən qərar xalqımızın və dövlətimizin maraqlarına xidmət edəcək. Bu görüşlərdə diqtə edən tərəf bir qayda olaraq Azərbaycandır. Çünki Qarabağ Azərbaycandır.

Surxay Atakişiyev,

KONKRET.az

  • Yanvar 30, 2021 - 11:36

    Bunu hansı dahinin fikirleridi

  • Vüqar
    Yanvar 30, 2021 - 14:38

    Məlikməmmədin nağılları silsiləsindən.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*