Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək.
KONKRET.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Qeyd edilib ki, 2027−2032-ci illər ərzində sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək, tikilmiş heyvan sığınacaqlarına sahibsiz heyvanların qəbulu həyata keçiriləcək.
Prosesin əsas icraçı qurumu aidiyyatı üzrə Yerli İcra Hakimiyyəti Orqanıdır.
Digər içraçı qurumlar, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir.
