Şahnazaryandan ermənilərə XƏBƏRDARLIQ: “Müharibədə məqsədimiz itirdiklərimizi geri qaytarmaqdır”backend

Şahnazaryandan ermənilərə XƏBƏRDARLIQ: "Müharibədə məqsədimiz itirdiklərimizi geri qaytarmaqdır"

“Qarabağı saxlamaq üçün atılan birinci addım yeni müharibəyə hazırlıqdır”.

KONKRET.az xəbər verir ki, erməni politoloq Qrant Melik-Şahnazaryan deyib. O, yeni müharibə barədə sərsəm fikirlərini bildirib.

“Bir neçə il əvvəl heç kimin ağlına gələ bilməzdi ki, siyasi gündəmdə belə bir məsələ ola bilər. Amma təəssüflər olsun ki, reallıq elədir. Sualları olduğu kimi qoymaq və onlara mümkün qədər açıq və dürüst cavab vermək lazımdır.

Siyasi dairələrdə böyük səmimiyyətsizlik var. Elita insanlara aşkar olan şeyləri söyləməyə qorxur.”Qarabağı saxlamaq üçün atılan addımlardan biri yeni müharibəyə hazırlıqdır”, – Melik-Şahnazaryan çərənləyin

Onun  fikrincə, cəmiyyətdə yeni münaqişələr və müharibələrlə bağlı böyük narahatlıq var.

“Amma heç kim açıq-aydın demir ki, bu müharibə ilk növbədə bir xalq, ölkə, dövlət olaraq bizə lazımdır. Bu, bizim üçün lazım olan müharibədir.

Ermənistana müharibə və qələbə lazımdır, xalq buna hazır olmalıdır.

Məqsədi əlimizdə olanı qorumaq deyil, itirdiklərimizi geri qaytarmaqdır. Bizə revanşist desinlər, nə istəyirlər desinlər.

Qarabağlılar yolların güzəştlərə görə deyil, onların mübarizəsi  və müharibə nəticəsində açılacağını görsələr, Qarabağda qalacaqlar.

Əks halda, bu, Qarabağdan köç demək olacaq, düşmən bunun effektli olduğunu görüb tez-tez belə addımlar atacaq”, – deyə Melik-Şahnazaryan çərənləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*