Qarabağdakı qondarma qurum “rəsmisi” Bakı ilə müzakirə olunan məsələlərin gündəliyi barədə mətbuata məlumat verməkdən imtina edib.
KONKRET.az xəbər verir ki, keçən ay Qarabağdakı separatçı rejimin “təhlükəsizlik şurası”nın “katibi” Samvel Şahramanyan və “Rusiya Sülhməramlı Kontingenti ilə Əməkdaşlıq Mərkəzi”nin direktoru Sergey Martirosyan Azərbaycanla danışıqlar üzrə nümayəndə təyin edilib.
Bu gün Qarabağın erməni icması Rusiya sülhməramlı missiyasının vasitəsilə Azərbaycan tərəfinə təcili humanitar məsələlənin müzakirəsi üçün görüşün keçirilməsi təklifini təqdim ediblər.
Erməni mediası hansı məsələlərin müzakirə olunacağını öyrənmək üçün Samvel Şahramanyanla əlaqə saxlayıb. Lakin o, medianın suallarını cavablandırmaqdan imtina edib.
“Heç bir suala cavab verməyəcəyəm, bu barədə danışmağı məqsədəuyğun saymırıq”, – deyə Şahramanyan bildirib.
O, Sergey Martirosyandan sonra ikinci müzakirəçinin kim olması sualını da cavabsız qoyub.
Xuraman Etibarlı,
KONKRET.az
