Salyanda ağır qəza: 4 nəfər öldü, biri vəzifəli şəxsdir – YENİLƏNDİbackend

Salyanda ağır qəza: 4 nəfər öldü, biri vəzifəli şəxsdir - YENİLƏNDİ

Salyanda baş verən ağır yol qəzasında bir ailənin üç üzvü həlak olub.

KONKRET.az-ın məlumatına görə, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşması nəticəsində rayonun Dayıkənd kənd sakinləri, 1993-cü il təvəllüdlü Məmmədov Aqil Amil oğlu, İsmayılova Nərmin Güləli qızı və onun azyaşlı övladları İ.R. və İ.H. suda boğularaq ölüb.

Daha bir uşaq isə avtomobildən sağ çıxarılıb.

Qeyd edək ki, A. Məmmədov Salyan Rayon İcra Hakimiyyətində təlimatçı işləyib.//Report

***

Salyan rayonunda baş verən yol qəzasında ölən şəxslərdən birinin kimliyi məlum olub. 

KONKRET.az-ın məlumatına görə, o, Salyan Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Məmmədov Aqil Amil oğludur.

Digər 3 nəfər ölən şəxsin azyaşlı olduğu bildirilir.//Unikal

***

Salyanda avtomobil kollektora düşüb, ölənlər və yaralılar var.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Seyidlər kəndində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşaraq yolun kənarındakı kollektora düşüb.

Hadisə nəticəsində 4 nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilir.

Hazırda əraziyə təcili yardım briqadası, FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*