SANA: “İsrail Hələb hava limanına zərbələr endirdi”backend

SANA: "İsrail Hələb hava limanına zərbələr endirdi"

İsrail hərbçiləri Hələb beynəlxalq hava limanına raket zərbəsi endirib.

KONKRET.az xəbər verir ki, bu barədə Suriyanın “SANA” agentliyi məlumat yayıb.

Bildirilib ki, raket zərbəsi nəticəsində xəsarət alan olmayıb.

İsrail tərəfi hücumu təsdiqləməyib.

Bundan əvvəl mətbuat şəhərdə partlayış səslərinin eşidildiyi barədə məlumat yayıb.

Qeyd edək ki, Hələb hava limanında mülki təyyarələrlə yanaşı, Suriya Hərbi Hava Qüvvələrinin bazası da var.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*