“Sanki onların başına qaynar su tökürlər” – Ərdoğanbackend

“Sanki onların başına qaynar su tökürlər" - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəzi siyasət adamlarının ağılsız söz-söhbətlərlə iqtisadiyyatda inam və sabitlik mühitini pozacaq kampaniyalara başladığını bildirib.

KONKRET.az-ın məlumatına görə, dövlət başçısı fikrini belə izah edib ki, Türkiyə yeni sıçrayış ərəfəsində olsa da, müxalifət bundan narahatdır:

“Gəzi hadisələrindən sonra ölkənin atdığı hər yaxşı addımın qarşısını almağı özlərinə missiya seçənlər yenə meydandadır. Məsələn, Mərkəzi Bankımızın rezervləri 145,5 milyard dollarla rekord qırdı. Müxalifət isə dərhal hərəkətə keçdi və faydasız söz-söhbətlərlə iqtisadiyyatda xeyli çətinliklər yaratdı. Təmin etdiyimiz inam və sabitlik mühitini pozacaq kampaniyalara start verirlər. Müdafiə sənayemiz gücünü birə-beş artırıb. Belə olanda isə sanki onların başına qaynar su tökürlər”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*