Şarm əl-Şeyxdən İrəvana uçan təyyarə Türkiyədə məcburi eniş edib.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi rəhbərinin köməkçisi Lilit Ağabekyan erməni mediasına deyib.
O bildirib ki, Şarm əl-Şeyx-İrəvan reysi ilə uçan təyyarə pis hava şəraiti səbəbindən Türkiyənin Ərzurum hava limanına enib.
Ağabekyan, həmçinin bildirib ki, bir müddət əvvəl Moskva-Yerevan reysi də analoji səbəbdən Tbilisiyə enib.
“Səbəb pis hava şəraiti, Zvartnots hava limanında görmə məsafəsinin 100 metrdən az olması, belə şəraitdə uçuşların qadağan edilməsi olub. Bir müddət sonra Şarm əl-Şeyxdən İrəvana uçan təyyarə də havaya qalxacaq”, – deyə o bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
