Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edildibackend

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) 218 əməkdaşı məsuliyyətə cəlb edilib.

Bu barədə KONKRET.az-a Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq ötən il 78, 2024-cü ilin I yarımilliyində isə 140 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.

2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 25 fakt üzrə 47 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.

  • veteran
    İyul 3, 2024 - 13:57

    Rəhbərlikdən kimlər məsuliyyətə cəlb olunub?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*