Səhəri partlayışla açdılar… – Yaralılar varbackend

Səhəri partlayışla açdılar... - Yaralılar var

Qazax rayonunda evdə qaz partlaması nəticəsində iki nəfər yanıq xəsarətləri alıb.

KONKRET.az “APA–ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Kənd sakinləri, 1961-ci il təvəllüdlü M. Kəlayev və onun anası, 1939-cu il təvəllüdlü D. Kəlayeva yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Hər iki şəxsə tibbi yardım göstərilib. M. Kəlayevin vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, ana və oğlu yaşadıqları evdə qaz sobasının partlaması nəticəsində xəsarət alıblar.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*