Şəhid Ayaz Nəzərov torpağa tapşırıldı… – FOTOLAR + YENİLƏNİBbackend

Şəhid Ayaz Nəzərov torpağa tapşırıldı... - FOTOLAR + YENİLƏNİB

Şəhid olan Ayaz Azər oğlu Nəzərov dəfn olunub.

KONKRET.az xəbər verir ki, şəhid doğulub, boya-başa çatdığı rayonun Bozalqanlı kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Yaylım atəşi açılıb, şəhidin tabutu üzərində olan üçrəngli şanlı bayraq şəhidin ailəsinə verilib.

Allah rəhmət etsin!

***

13:23
Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçu Ayaz Azər oğlu Nəzərovun nəşi ailəsinə təhvil verilib.

KONKRET.az xəbər verir ki, şəhidin nəşi Tovuzun Bozalqanlı kəndindəki evinə gətirilib. hal-hazırda şəhid Ayaz Nəzərovla vida mərasimi keçirilir.

Qeyd edək ki, şəhid nişanlı idi və bir neçə gündən sonra toyu olacaqdı. Buna görə də şəhidin anasının istəyi ilə onun yas mağarı toy abu-havasında bəzədilib. Bundan başqa, mağarın içinə toy xonçaları düzülüb.

Şəhid doğulub, boya-başa çatdığı Bozalqanlı kənd qəbiristanlığında dəfn olunacaq.

/report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*