Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? – Dosye – FOTOLARbackend

Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye - FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı son sərəncamlarla ölkənin diplomatik korpusunda mühüm kadr dəyişiklikləri baş tutub. Sərəncama əsasən, Azərbaycan Respublikasının İtaliya,Tacikistan və Qazaxıstanda yeni səfirləri təyin edilib. 

KONKRET.az yeni təyinat alan səfirlərin dosyesini təqdim edir:

Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri 

Elçin Nəriman oğlu Hüseynli Azərbaycanın Hindistanda, eyni zamanda Banqladeşdə, Butan Krallığında, Maldiv Respublikasında, Nepalda və Şri-Lanka Demokratik Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Dövlət başçısının digər Sərəncamı ilə E.Hüseynli Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Elçin Hüseynli uzun illər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Təhlükəsizlik problemləri idarəsinin rəisi vəzifəsində çalışıb. 10 oktyabr 2023-cü il tarixində dövlət başçısının Sərəncamı ilə Azərbaycanın Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə gətirilib. O, eyni zamanda Azərbaycanın Banqladeş, Butan, Maldiv, Nepal və Şri-Lankadakı rezident və qeyri-rezident səfiri statusunu daşıyıb. 2026-cı ilin iyulunda bu missiyasını uğurla başa vuraraq geri çağırılıb.

Göstərdiyi xidmətlərə görə 9 iyul 2024-cü ildə Prezident İlham Əliyev tərəfindən ona “İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi” diplomatik rütbəsi verilib.

Azərbaycanın Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri

Əlimirzamin Qəvvam oğlu Əskərov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezident İlham Əliyevin imzaladığı digər Sərəncamla Əlimirzamin Qəvvam oğlu Əskərov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

O,1959-cu ildə anadan olub. 1981-ci ildə Leninqrad Dövlət Universitetini bitirib. 1993-cü ildə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib .1992-ci ildən 2021-ci ilə qədər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışıb. 1994-cü ildən 1998-ci ilə qədər Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinin birinci katibi vəzifəsində çalışıb. 1998-ci ildən 2012-ci ilə qədər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin şöbə müdiri, şöbə müdirinin müavini, İnsan hüquqları, demokratikləşmə və humanitar məsələlər şöbəsinin müdiri vəzifələrində çalışıb. 2012-ci ildən 2017-ci ilə qədər Azərbaycan Respublikasının Çexiya Respublikasındakı səfirliyində müşavir vəzifəsində çalışıb. 2017-ci ildən 2021-ci ilə qədər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Humanitar və Sosial Məsələlər İdarəsinin rəisi vəzifəsində çalışıb. 16 iyul 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri olub.

Rus, ingilis, fars, çex və tacik dillərində danışır.

Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri

Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Elxan Cahangir oğlu Qəhrəman 1965-ci il aprelin 22-də Bakı şəhərində anadan olub. 1989-cu ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. 2000-ci ildə Vyana Diplomatik Akademiyasını bitirib. 1989-1991-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası jurnalının Baş Redaktoru vəzifəsində çalışmişdır. 1991-1995-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində İkinci katib vəzifəsində çalışmişdır. 1995-1997-ci illərdə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində İkinci katib vəzifəsində çalışmışdır. 1997-1998-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində İkinci katib vəzifəsində çalışmışdır.

1998-1999-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Birinci katib vəzifəsində çalışmişdır. 1999-2001-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Şöbə müdiri vəzifəsində çalışmişdır.

2001-2006-cı illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliyindəki Səfirliyində Birinci katib vəzifəsində çalışmişdır. 2006-cı ildə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliyindəki Səfirliyinin Dubaydakı Ofisində Konsul vəzifəsinə təyin olunmuşdur.

2006-2007-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Şöbə müdiri vəzifəsində, 2007-2009-cu illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliyindəki Səfirliyində Müvəqqəti İşlər Vəkili vəzifəsində çalışıb.

2009-2015-ci illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliyində Fövqəladə və Səlahiyyətli Səfiri,  2016-2022-cı illərdə Azərbaycan Respublikasının Küveyt Dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində olub.

Xarici dillərdən ingilis, rus və türk dillərini bilir. Evlidir, bir övladı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*