ABŞ-da güclü qasırğa: 30 mindən çox ev işıqsız qaldıbackend

ABŞ-da güclü qasırğa: 30 mindən çox ev işıqsız qaldı

ABŞ-ın Viskonsin ştatında baş verən güclü qasırğa ciddi fəsadlar törədib.

KONKRET.az xəbər verir ki, ABŞ Milli Hava Xidmətinin məlumatına görə, qasırğa nəticəsində geniş ərazilərdə dağıntılar qeydə alınıb, 30 mindən çox ev isə elektrik enerjisiz qalıb.

Bildirilib ki, təbii fəlakət zamanı ölən və ya xəsarət alan olmayıb. Elektrik təchizatının tam bərpasının bir neçə gün çəkəcəyi gözlənilir.

Hazırda aidiyyəti qurumlar qasırğanın zərər vurduğu ərazilərdə bərpa işlərini davam etdirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*