Şəhriyar Məmmədyarov ABŞ şahmatçısına uduzdubackend

Şəhriyar Məmmədyarov ABŞ şahmatçısına uduzdu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının doqquzuncu – sonuncu mərhələsində növbəti görüşünü keçirib.

KONKRET.az xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun V turunda ABŞ-ı təmsil edən Uesli So ilə üz-üzə gəlib.

Məmmədyarov rəqibinə 0:3 hesabı ilə uduzub. Təcrübəli şahmatçı növbəti turda niderlandlı Aniş Giri ilə görüşəcək. O, hazırda 3 xalla sonuncu – səkkisizinci sırada qərarlaşıb.

Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*