Şəkidə 64 yaşlı kişiyə çaqqal hücum etdibackend

Şəkidə 64 yaşlı kişiyə çaqqal hücum etdi

Şəkidə çaqqal 64 yaşlı kişiyə hücum edib.

KONKRET.az-ın məlumatına görə, hadisə axşam saatlarında rayonun Böyük Dəhnə kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini 1960-cı il təvəllüdlü İsmayılov Nəsir Nurməmməd oğlu mal-qaranı örüşdən gətirən zaman ona çaqqal hücum edərək xəsarət yetirib.

Xəsarət alan kişi Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. N. İsmayılova xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*