Futuroloqların son proqnozlarına görə, artıq 2030-cu ilə qədər seks-robotlar hər bir evdə adi məişət əşyası kimi yer alacaq və bəşəriyyət tamamilə yeni reallıqla üzləşəcək.
KONKRET.az xəbər verir ki,, müasir dövrdə şəxsi həyat və intim münasibətlər sürətlə rəqəmsal məkana keçir. İnternet üzərindən tanışlıqlar, virtual məkanlar və yaşlı nəsil üçün nəzərdə tutulan VR-kontent artıq gündəlik həyatın bir hissəsinə çevrilib. Lakin mütəxəssislər bildirirlər ki, bu prosesin növbəti və daha köklü mərhələsi canlı və real partnyorların süni intellektə malik robotlaşdırılmış kuklalarla əvəz olunmasıdır.
Ekspertlər qeyd edirlər ki, texnologiyanın bu sürətli inkişafı bir tərəfdən insan tənhalığını aradan qaldırmaq və ya fərdi tələbatları ödəmək üçün yeni imkanlar açsa da, digər tərəfdən ənənəvi ailə institutunu, sosial əlaqələri və insan psixologiyasını kökündən dəyişdirə bilər. Seks-robotların kütləvi şəkildə evlərə daxil olması həm də etik, hüquqi və mənəvi müzakirələri qızışdırır.
Beləliklə, mütəxəssislərin gəldiyi qənaət birmənalıdır: robot dünyası və süni intellekt erası artıq gerçəkliyə çevrilərək həyatımızın hər sahəsinə nüfuz etməkdədir.

Natiq Səlim,
KONKRET.az
