Şəmkirdə 12 yaşlı qız bıçaqlanıb öldürüldübackend

Şəmkirdə 12 yaşlı qız bıçaqlanıb öldürüldü

Şəmkirdə bıçaq xəsarəti alan qız xəstəxanada ölüb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə. Namazova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə qızın valideynləri onun bu gün itkin düşməsi ilə bağlı polisə müraciət ediblər.

Lakin bundan bir qədər sonra yeniyetmə öz həyətyanı sahələrindən yaralanmış şəkildə tapılıb.

Hazırda hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*