Senator: “Arktika Rusiya ilə ABŞ arasında münaqişəyə çevrilə bilər”backend

Senator: "Arktika Rusiya ilə ABŞ arasında münaqişəyə çevrilə bilər"

“ABŞ Arktikanın təhlükəsizliyini təmin etməkdə geridə qalıb”.

KONKRET.az xəbər verir ki, bunu CNN-ə müsahibəsində ABŞ senatoru Anqus King deyib.

Onun fikrincə, bu region tezliklə qlobal, o cümlədən Rusiya ilə qarşıdurmanın mərkəzinə çevrilə bilər.

Kinq bildirib ki, qlobal istiləşmə Arktikada yeni marşrutlar açır, eyni zamanda regionu potensial münaqişə mərkəzinə çevirir:

“Aralıq dənizi ətrafında yerləşən ölkələr arasında münasibətləri müəyyən etmək üçün min ildən artıqdır ki, müharibələr gedir. Məsələ ondadır ki, biz Arktikanı açıb münaqişədən qaça bilərikmi?”.

Qeyd edək ki, son əsrdə Arktika buzlarının 75%-i əriyib. “National Geographic” buzların 2035-ci ilin yayında tamamilə əriyə biləcəyini proqnozlaşdırıb. Avqustun sonunda NATO-nun baş katibi Yens Stoltenberq Rusiya və Çinin bu regionda fəallaşması ilə əlaqədar Arktikada mövcudluğun gücləndirilməsinə çağırıb. Oktyabrda isə ABŞ Arktikada mövcudluğunu gücləndirmək üçün yeni strategiya elan edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*