SENSASİON AÇIQLAMA: “Amerika Ermənistana yardım edəcək kadr axtarır”backend

SENSASİON AÇIQLAMA: "Amerika Ermənistana yardım edəcək kadr axtarır"

“ABŞ və Ermənistan təhlükəsizlik və müdafiə ilə bağlı çox aktiv və substantiv müzakirələr aparır”.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn deyib.

Onun sözlərinə görə, tərəflər Ermənistanın hərbi sahədə ehtiyaclarını müzakirə edir və artıq bir sıra məsələlər üzrə razılığa gəliblər. “Biz artıq bu məsələdə razılığa gəldik və indi bu yardımı göstərə bilməmiz üçün onu həyata keçirməyin yolları üzərində işləyirik”, deyə diplomat bildirib.

Səfir vurğulayıb ki, ABŞ Ermənistan Müdafiə Nazirliyinə xüsusən də Ermənistanın sülhməramlılıq və digər sülh təşəbbüsləri kimi məsələlərdə iştirakını genişləndirməkdə maraqlı olduğu üçün müşavir təyin edəcək.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*