İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 25 gəminin Hörmüz boğazından keçidinə icazə verib.
KONKRET.az axar.az-a istinadən bildirir ki, bu barədə SEPAH-ın Teleqram kanalında məlumat paylaşılıb.
“Hər hansı pozuntunun qarşısı sərt şəkildə alınacaq”, – məlumatda bildirilib.
SEPAH-ın Hərbi Dəniz Qüvvələrindən vurğulanıb ki, Hörmüz boğazına nəzarət tam qətiyyətlə həyata keçirilir.
