SEPAH-ın təlimlərində raket partladı – 11 hərbçi yaralandıbackend

SEPAH-ın təlimlərində raket partladı - 11 hərbçi yaralandı

İranda SEPAH-ın keçirdiyi hərbi təlimdə raketlərin partlaması 11 hərbçinin yaralanmasına səbəb olub.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Çabahar şəhərində baş verib.

Məlumata görə, SEPAH-ın qüvvələrinin Oman dənizi sahillərində Çabahar şəhərində keçirilən hərbi təlimində texniki nasazlıq səbəbindən platformadan atılan iki raketin partlaması nəticəsində ən azı 11 hərbçi hadisə yerində yaralanıb.

Atılan raketlərdən ikisi istiqamətini dəyişərək hərbçilərin toplaşdığı yerə düşüb, nəticədə 11 hərbçi yaralanıb və onlar təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Hərbçilərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*