İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Hizbullah”la birgə İsraillə müharibəyə hazırdır.
KONKRET.az bu barədə “İzvestiya”ya istinadən xəbər verir.
Bundan əvvəl İsrail orusuna məxsus helikopter “Hizbullah”ın müşahidə məntəqəsinə hücum edib. Qrup İsrailin şimalına cavab olaraq raket zərbələri endirdiyini açıqlayıb.
Qeyd edək ki, SEPAH 1979-cu ildə İran şiələrinin lideri Ayətullah Xomeyninin tərəfdarları tərəfindən yaradılmış hərbi-siyasi birləşmədir.
“Hizbullah” isə İslam dövlətinin yaradılmasını müdafiə edən yarımhərbi Livan şiə təşkilatı və siyasi partiyasıdır.
Ariz Həsənoğlu,
KONKRET.az
