Serbiya Prezidenti: “Bizi rus casusları hesab edirlər, amma…”backend

Serbiya Prezidenti: “Bizi rus casusları hesab edirlər, amma...”

Serbiya prezidenti Aleksandr Vuçiç Belqradın Rusiyaya dəstəyi ilə bağlı səslənən ittihamların fonunda Fransanın “Rafale” qırıcı təyyarələrinin alınması ilə bağlı tənqidlərə cavab verib.

KONKRET.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.

“İndi mənə Serbiyadan hücumlar var, niyə biz bunu Rusiya, Çin və başqa ölkədən yox, məhz Fransadan alırıq. Mən isə soruşuram: ruslar indi bu təyyarələri versələr, bizə necə çatacaq?!” – Serbiya lideri bildirib.

Onun sözlərinə görə, Avropada Serb hakimiyyəti “rus casusları” hesab olunur:

“Buna görə də Parislə danışıqlar çətin olub. Fransa qorxuya düşüb ki, bu texnologiyanı Moskvaya ötürəcəyik”.

“Biz heç vaxt texnologiyanın başqa ölkəyə ötürülməsinə icazə vermərik, çünki hər şeyi Serbiya vətəndaşlarının pulu ilə alırıq”, – Vuçiç vurğulayıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*