backend

"Serbiya və Gürcüstanla münasibətlərə yenidən baxmalı olacağıq" - AÇIQLAMA

Sosial şəbəkələrdə Tovuz istiqamətində gedən döyüşlərdə Serbiyanın Ermənistana dəstək verməsi ilə bağlı iddialar səsləndirilib. İddia edilir ki, Serbiya Gürcüstan üzərindən Ermənistana xeyli sayda silah göndərərək dəstək olub. Qeyd edək ki, hələ də Serbiya dövləti bu iddiaları nə inkar, nə də təsdiq etməyib.

Bununla bağlı KONKRET.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu bildirib ki, bu xəbərlər dünəndən geniş yayılır: “Bu xəbərin mənbəyi məlum deyil. Ola bilər ki, xəbər qəsdlə yaydırılsın. Çünki Azərbaycanın Serbiya və Gürcüstanla müəyyən tərəfdaşlığı var. Bu iki ölkə ilə ortaq layihələrimiz mövcuddur. Xəbər mütləq şəkildə dəqiqləşdirilməlidir. Həqiqətən də Serbiya Gürcüstan üzərindən Ermənistana həmin mina atanları göndərib, ya yox.

Əgər xəbər yanlışdırsa, deməli bu, Ermənistanın növbəti təxribatı ola bilər. Çünki Ermənistan bizim qonşu və digər ölkələrlə dostluq münasibətlərimizin olduğunu istəmir. Müxtəlif təxribatlarla qurulan dostluq münasibətini və birgə icra edilən layihələrə kölgə salmağa çalışır. Ona görə də mütləq şəkildə bu məlumat rəsmi mənbələrlə dəqiqləşdirilməlidir. Ümumuiyyətlə, Ermənistanın bu istiqamətdə təxribatları çox olub. Ermənistan bu xəbəri Azərbaycan, Gürcüstan və Serbiya arasında münasibətləri gərginləşdirmək üçün qəsddən də yaya bilər. Əgər xəbər doğrudursa, Serbiya və Gürcüstanla münasibətlərə yenidən baxmalı olacağıq. Hətta bu ölkələrə nota da göndərə bilərik. Düşünürəm ki, bu xəbər mütləq şəkildə dəqiqləşdirilməlidir”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*