Sərdar Berdiməhəmmədov “Dostlug” tankerinə görə İlham Əliyevə təşəkkür edibbackend

Sərdar Berdiməhəmmədov "Dostlug" tankerinə görə İlham Əliyevə təşəkkür edib

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov “Dostlug” neftdaşıyan tankerinin hədiyyə olunmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

KONKRET.az xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatla çıxış edərkən bildirib.

“Dostlug” neft tankerinin hədiyyə olunmasına görə də təşəkkür edən Sərdar Berdiməhəmmədov bunu ölkələr arasındakı qardaşlıq münasibətlərinin rəmzi kimi qəbul etdiklərini vurğuladı, bu tankerin ölkələrin tərəqqisinə töhfə verəcəyinə və uğurlu əməkdaşlığın daha bir təzahürü olacağına əminliyini ifadə etdi.

Qeyd edək ki, hədiyyə edilən “Dostlug” neftdaşıyan tankeri Bakı gəmiqayırma zavodunda inşa olunub.

Tankerin dedveyti 7875 ton, ümumi uzunluğu 141 metr, eni 16,9 metr, suya oturumu isə 4,54 metrdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*