Şərqi Azərbaycan valisi Ermənistanı Araz çayını çirkləndirməməyə çağırdıbackend

Şərqi Azərbaycan valisi Ermənistanı Araz çayını çirkləndirməməyə çağırdı

“Ermənistanın mədən tullantılarını Araz çayına axıtması nəticəsində yaratdığı çirklənməyə nəzarət etmək üçün əsaslı tədbirlər görəcəyini gözləyirik”.

KONKRET.az “eghtesadnews”a istinadən xəbər verir ki, bunu İranın Şərqi Azərbaycan əyalətinin valisi Abidin Xürrəm Ermənistanın Tehrandakı səfiri Arsen Avakyanla Təbrizdə keçirdiyi görüşdə deyib.

Səfir Arsen Avakyan Şərqi Azərbaycan valisi Abidin Xürrəmi və yerli iş adamlarını Ermənistanın Qərbi Zəngəzur vilayətinə dəvət etməklə yanaşı, ticarət və iqtisadi əlaqələri gücləndirməyə çağırıb.

Səfir iddia edərək bildirib ki, Araz çayı İran və Ermənistan üçün xüsusi əhəmiyyət daşıyır: “Ekoloji problemləri aradan qaldırmaq, lazımı tədbirlər görmək üçün Ermənistandakı mədənlərdən biri bağlanıb”. O, İranın ölkəsi ilə qonşu əyalətlərinin Ermənistan üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq Təbrizdə İrəvanın konsulluğunun açılmasına şərait yaradılmasını istəyib.

Qeyd edək ki, Ermənistanın Qərbi Zəngəzurda mis-molibden zavodu var. Bu sənaye müəssisəsi istehsal tullantılarını 30 ildən çoxdur Araza axıdır. Azərbaycan, Türkiyə, İran, habelə beynəlxalq ekoloqlar Ermənistanın çayı çirkləndirməsinə etiraz edir. Ancaq indiyədək rəsmi İrəvan bu etirazlara məhəl qoymur, Araz çayını çirkləndirməyə davam edir.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*