Hadisə bu gün Xaçmaz rayonunun Nabran istirahət zonasında baş verib. Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə, sürücü sərxoş vəziyyətdə idarə etdiyi “Kia” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək dənizə girib. Hadisə nəticəsində sürücü yüngül bədən xəsarətləri alıb. Avtomobil isə yararsız hala düşüb.Faktla bağlı araşdırma aparılır.
