Sevastopolda matəm elan edildibackend

Sevastopolda matəm elan edildi

Ukrayna Silahlı Qüvvələrinin raket zərbələrindən sonra Sevastopolda iyunun 24-ü matəm elan edilib. 

KONKRET.az xəbər verir ki, bu barədə qubernator Mixail Razvojayev “Telegram” kanalında məlumat verib.

“Bu gün Sevastopolda baş verən faciə ilə əlaqədar olaraq, sabah, 24 iyunda Sevastopolda bütün mədəni, idman və digər kütləvi tədbirlər ləğv ediləcək. Matəm əlaməti olaraq hökumət binaları və bələdiyyə müəssisələrində dövlət bayraqları yarıya qədər endiriləcək”, – məlumatda deyilir.

Qeyd edək ki, raket hücumu nəticəsində 5 nəfər ölüb, 124 nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*