“Şimal axını”nda partlayıcı maddə qalıqları tapıldıbackend

Şimal axını”nda partlayıcı maddə qalıqları tapıldı

“Şimal axını” qaz boru kəmərində partlayışlar təxribat səbəbindən baş verib.

KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə İsveç prokurorluğu məlumat yayıb.

Bildirilib ki, kəmərin yaxınlığında partlayıcı maddənin qalıqları aşkar olunub:

“Partlayışlar nəticəsində qaz kəmərlərinə əhəmiyyətli dərəcədə ziyan dəyməsi dəqiq olaraq sənədləşdirilib”.

Qeyd edək ki, sentyabrın 26-sı “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində 3 yerdə sızma halı qeydə alınıb. Sentyabrın 29-u isə İsveçin Sahil Mühafizə Xidməti qaz kəmərlərində dördüncü sızma halını aşkarlayıb. Sızmaların 2-si İsveçin, digər 2-si isə Danimarkanın iqtisadi zonasında yerləşdiyi bildirilir. Hər iki ölkə sızmaların təsadüfi deyil, məqsədyönlü hərəkətin nəticəsi olduğuna dair əlamətlər olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*