Cənubi Koreya kəşfiyyatı hesab edir ki, Şimali Koreya bu ilin sonuna qədər nüvə sınaqları keçirəcək və ya yeni kəşfiyyat peykləri buraxmayacaq.
KONKRET.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Cənubi Koreyanın Dövlət Kəşfiyyat Xidməti Şimali Koreyanın “yaxın günlərdə” yeddinci nüvə sınağına dair heç bir əlamət aşkar etməyib.
“2023-cü ildə nüvə sınaqlarının keçirilməsi ehtimalı aşağı qiymətləndirilir. Amma 2024-cü ildə Kim Çen Inın müvafiq qərarı olarsa, bu, istənilən vaxt həyata keçirilə bilər”, – məlumatda deyilir.
Ariz Həsənoğlu,
KONKRET.az
