Şimali Koreya əsgərləri yenidən sərhədi keçdi – Atəş səsləri eşidilirbackend

Şimali Koreya əsgərləri yenidən sərhədi keçdi - Atəş səsləri eşidilir

Şimali Koreya əsgərləri yenidən quru sərhədi qısa müddətə keçiblər, bundan sonra Cənubi Koreya hərbçiləri xəbərdarlıq atəşi açıblar.

KONKRET.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat yayıb.

Bu, Şimali Koreya ordusunun son bir ayda üçüncü sərhəd pozuntusudur.

Komandanlığın məlumatına görə, hadisə dünən, iyunun 20-də baş verib. Şimali Koreya əsgərləri sərhədin mərkəzi hissəsində demilitarizasiya zonası daxilində demarkasiya xəttini keçib və xəbərdarlıq atəşindən sonra geri qayıdıb.

Qeyd edək ki, oxşar hadisələr iyunun 9-da və 18-də də baş verib. Hər iki halda təxminən 20-30 Şimali Koreya əsgəri səsgücləndirici ilə xəbərdarlıq elan edildikdən və atəş açıldıqdan sonra öz tərəflərinə qayıdıb. Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri KXDR hərbçilərinin bilmədən sərhədi keçdiyini deyib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*