Simonyandan ŞOK ETİRAF – “Haqqımda pis şey yazmasınlar deyə pul ödəyirəm”backend

Simonyandan ŞOK ETİRAF – "Haqqımda pis şey yazmasınlar deyə pul ödəyirəm"

“Haqqımda mətbuatda mənfi yazıların qarşısını almaq üçün mütəmadi olaraq pul ödəyirəm”.

KONKRET.az xəbər verir ki, bu barədə RT telekanalının və “Rossiya Seqodnya” agentliyinin baş redaktoru Marqarita Simonyan bildirib.

“Özüm haqqında neqativliyin qarşısını almaq üçün başqa əlac tapmıram”, – deyən Simonyan vurğulayıb ki, yaxın keçmişdəki bəzi məhkəmə işləri ilə əlaqəli işlərə görə ödəmə edib.

Simonyan özünün Telegram kanalında mütəmadi olaraq media qəsbinin qurbanına çevrilməsindən yazıb. “Bizi görüm-baxım edin, sizin haqqınızda pis şeylər yazmayacağıq. Əks təqdirdə verməsən, yazacağıq”, – kimi mesajlar alıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*