Xızı rayonunun Sitalçay kəndində minik avtomobili qatarla toqquşub.
KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə dəmiryol keçidində qeydə alınıb.
Sürücü avtomobil yolu olmayan ərazidən dəmiryol xəttinin üzərindən keçmək istəyərkən qəza baş verib.
Hadisə nəticəsində sürücü xəsarət almayıb. Avtomobilin isə ön hissəsinə ciddi ziyan dəyib.
