“Sizcə Kiyevdə müharibə gedir?” – Baş nazirbackend

"Sizcə Kiyevdə müharibə gedir?" - Baş nazir

“Kiyevdə normal həyat sürür və orada heç bir hərbi münaqişə yoxdur”.

KONKRET.az xəbər verir ki, bu sözləri Slovakiyanın baş naziri Robert Fiko deyib.

O, jurnalistin niyə çərşənbə günü ukraynalı həmkarı Denis Şmıqalla Ujqorodda görüşəcəyi və raketlərin partladığı Kiyevə getməyəcəyi ilə bağlı sualına belə cavab verib:

“Ukraynada bir növ lokallaşdırılmış münaqişə gedir. Mənə deyin, Ujqorodda Ukrayna hökumətinin sədri ilə görüşə bildiyim halda, niyə Kiyevə gedim? Mən fərq görmürəm. Sizcə Kiyevdə müharibə gedir? Ümid edirəm ki, həqiqətən belə düşünmürsüz. Oraya gedin və görəcəksiniz ki, bu şəhərdə həyat normaldır”, – deyə Fiko bildirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*