Sobolev: “Rusiyada tam səfərbərlik OLA BİLƏR”backend

Sobolev: "Rusiyada tam səfərbərlik OLA BİLƏR"

Dövlət Duması yeni tam səfərbərliyi istisna etməyib.

KONKRET.az xəbər verir ki, bu barədə Müdafiə Komitəsinin üzvü Viktor Sobolev mediaya müsahibəsində deyib. O bildirib ki, bunun üçün yeni prezident fərmanı lazımdır və döyüşlər Ukraynadan Rusiya ərazisinə keçərsə, baş verə bilər.

“Hər şey gələcəkdə inkişaf edəcək hərbi-siyasi vəziyyətdən asılı olacaq. Əgər indi olduğu kimi, hərbi əməliyyatlar yalnız Ukrayna ərazisində olarsa, hesab edirəm ki, baş verən səfərbərlik kifayət edər.

Qərb ölkələrinin təcavüzü Rusiyaya qarşı səyləri artırarsa, əlbəttə ki, səfərbərliyə ehtiyac olacaq. Amma vəziyyət mənfi istiqamətdə inkişaf edərsə, yəqin ki, bizə qismən yox, tam səfərbərlik lazım olacaq. Sonra da təbii ki, yeni fərman olacaq”, – deyə Sobolev vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*